TOP 10

Premyer Liqa klubunda yeni baş məşqçi

Dünya Futbolu
Tarix: 2019-07-17 13:41

İngiltərənin “Nyukasl” klubunun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Stiv Bryusa tapşırılıb. 

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 58 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 

 

Futbolçu karyerası ərində 1987-1996-cı illər aralığında “Mançester Yunated”in formasını geyinmiş ingilis mütəxəssis, “Şeffild Yunayted”, “Haddersfild”, “Kristal Pelas”, “Birmingem”, “Hall Siti”, “Sanderlend”, “Aston Villa”, “Viqan” kimi klubları çalışdırıb. Onun sonuncu iş yeri isə Çempionşip təmsilçisi “Şeffild Uensdey” idi.

 

Qeyd edək ki, Bryus "Nyukasl"da Rafael Benitesi əvəzləyib. Hansı ki, ispaniyalı mütəxəssisin rəhbərliyi altında komanda geridə qalan mövsümü 45 xalla 13-cü sırada tamamlayıb.

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB