TOP 10

"Qarabağ" xüsusi gündə oynayacaq

Futbol
Tarix: 2019-07-17 17:17

"Qarabağ"ın Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində bu gün cavab matçını keçirəcəyi iyulun 17-si Azərbaycanın avrokuboklar tarixində xüsusi gündü. Sport24.az xəbər verir ki, ölkəmiz 1994-cü ildən çıxış etdiyi avrokuboklarda ilk qələbəsini məhz bugünkü tariudə qazanıb. Bu, 13 il öncə UEFA Kubokunda "Neftçi"nin Sofiya "Lokomotiv"i üzərində Tofiq Bəhramov adına Respublika stadionunda 2:1 hesablı əzmkar qələbəyilə reallaşıb.

 

Ancaq avrokuboklarda anrirekordumuz da bugünkü tarixdə gerçəkləşib. Bu, Buzovna "Xəzri"sinin avrokuboklarda debüt matçında Polşada "Qutni"ə 0:9 hesabıyla darmadağın olunmasıdı ki, bu da UEFA Kubokunda qeydə alınıb. 

 

"Xəzər Lənkəran"ın 2007-ci ildə ÇL-də debütü də 17 iyul tarixində reallaşıb. 2007-ci ildə Zaqreb "Dinamo"suyla mərkəzi arenadakı görüş 1:1 hesabıyla yekunlaşıb. "Olimpik" (hazırkı "Şüvəlan") isə avrokuboklarda bugünkü gündə siftə edib. 11 il öncə Serbiyada "Voyvodina"yla matç "təyyarəçilər"in 0:1 hesabl məğlubiyyəti ilə nəticələnib.

 

"Neftçi" avrokuboklarda 13 ilik tarixində evdə ilk və hələ ki yeganə böyükhesablı qələbəsini də məhz iyulun 17-də qazanıb. Bu, 2012-ci ildə ÇL-də Gürcüstan "Zestafoni"sini 3:0 hesabıyla məğlub etdiyi qarşılaşmadı. Maraqlıdı ki, həmin matç da "Qarabağ" bu axşam meydana çıxacağı "Dalğa Arena"da baş verib. 

 

Xatırladaq ki, Ağdam klubu Albaniyada qolsuz bərabərliyə qaldığı "Partizani"ylə Mərdakanda saat 21:00-da görüşəcək. 

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB