TOP 10

Koçuk "Səbail"in Rumıniyada mərhələ keçməsini real sayır: "Alınar, əla, alınmaz..."

Futbol
Tarix: 2019-07-17 12:00

Avrokuboklarda debüt edən "Səbail" Rumıniyada çətin vəzifəni yerinə yetirməlidi. Belə ki, "dənizçilər" evdə "Universitatya Krayova" klubuna 2:3 hesabıyla uduzduğundan, sabah səfərdəki cavab matçında 2 top fərqiylə qalib gəlməlidi. Təmsilçimizin moldovalı legioneri Yevgeni Koçuk Sport24.az-ın Rumıniyaya ezam olunmuş əməkdaşına müsahibəsində Bayıldakı ilk matçı və rəqib meydanında cütün qalibi olmaq şanslarınə dəyərləndirdi. 

 

 

- Qarşıdakı matçdan gözləntin nədi?

- Evdə uduzduq və səfərdə layiqli çıxış etmək istəyirik. Hətta ola bilər ki, müsbət nəticə əldə etdik. Minimum yaxşı futbol göstərmək istəyirik və üzüqara olmamağa çalışacağıq. 

 

- 2:3 hesablı məğlubiyyəti nəylə əlaqələndirərdin? Rəqibin təcrübəsi və ya "Səbail"ə nəsə çatmadı?

- Həm rəqib güclüdü, yaxşı komandadı, həm də ola bilər ki, hansısa aspektlərdə hələ hazır deyilik. Bəli, oyunda onlar topa daha çox nəzarət edirdilər. Ancaq biz də əks-hücumlarda pis deyildik, qol imkanlarımız oldu. Öz səhvlərimizdən qapımızda toplar gördük ki, bu da lazımınca konsentrasiya olunmamağımızla bağlıdı. Deməzdim ki, rəqib bizi tam üstələdi. Bu səhvlərimizi etməsəydik, bəlkə də nəticə tam başqa cür ola bilərdi və bu zaman səfərdə fərqli hesabla yollanardıq. 

 

- İlk qarşılaşma yetərincə şən keçdi. Belə planlaşdırılırdımı? Razılaş ki, açıq futbol gördük...

- Bəli, futbol bununla da maraqlıdı. İlk növbədə azarkeşlər üçün. Açığı, ehtimal etmirdim ki, belə açıq oyun gedəcək, hesab belə olacaq. Oyun belə alındı. Həmişə bir cür olur, bilmirsən ki, meydanda mübarizə necə gedəcək. 

 

- Rumıniyada da açıq futbol görəcəyik, yoxsa digər oyun modeli var?

- Yox, niyə ki? Yenə çox güman, topa daha çox rumınlar nəzarət edəcək, biz isə ağıllı müdafiə olunmağa və matçda nə qədər qol imkanımız olsa, bunu maksimum dəyərləndirməyə çalışacağıq. 

 

- Boynundan yuxarı tullanmağınız realdı ki, Bakıya artıq II təsnifat mərhələsinin iştirakçısı kimi qayıdasınız?

- Hər şey realdı. İlk görüşdə 0:5 hesablı uduzanın da mərhələ keçməsi olur. Futbol elə bir oyundu ki, bilmirsən nə gözləyəsən. Əlbəttə, Rumıniyaya müəyyən vəzifəni yerinə yetirmək üçün gedirik. Çalışacağıq ki, mərhələ keçək. Alınar, əla, alınmaz, o zaman biləcəyik ki, hansı səhvlərimiz üzərində işləməyimiz lazımdı. 

 

 

CEYHUN ƏLİYEV, Bakı-Krayova

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB