TOP 10

"Qarabağ" ilk mərhələni keçdi

Futbol
Tarix: 2019-07-17 22:52

"Qarabağ" bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Ağdam klubu "Dalğa Arena"da "Partizani"ni qəbul edəcək. Qarşılaşma yerli vaxtla 21:00-da başlayacaq.
 

Tiranadakı ilk matçda qolsuz bərabərliyə razılaşan Qurban Qurbanovun komandası doğma azarkeşləri qarşısında qələbə qazanıb, mərhələni keçməyə çalışacaq. Bunun üçün təmsilçimizə istənikən hesablı qələbə bəs edir. "Qarabağ" Albaniya klubunu mübarizədən kənarlaşdıracağı halda, II mərhələdə  "Riqa" - "Dandolk" cütünün qalibi ilə üz-üzə gələcək. İrlandiyada keçirilən ilk matç qolsuz bərabərliklə yekunlaşıb. 


 

Çempionlar Liqası, I təsnifat mərhələsi

Cavab matçı

17 iyul

21:00. "Qarabağ" (Azərbaycan) - "Partizani" (Albaniya) - 2:0 

Qol: F.Ozobiç, 51, D.Kintana, 90+4
Hakimlər: Dumitru Muntean, Vladislav Lifçiu, Andrey Bodean, Aleksandru Tean (hamısı Moldova)
Bakı, "Dalğa Arena"

İlk oyun - 0:0

 

"Qarabağ": 13. Vaqner Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 3. Aylton Silva, 8. Miçel Madera, 20. Riçard Almeyda, 19. Filip Ozobiç, 17. Abdullah Zubir, 7. Araz Abdullayev, 9. Xayme Romero

 

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 10. Dani Kintana, 11. Mahir Emreli 21. Hacıağa Hacılı, 30. Abbas Hüseynov

 

Baş məşqçi: Qurban Qurbanov

 

"Partizani": 12. Hoca, 2. Belitsa, 7. Çinari, 10. Asani, 9. Solomon, 17. Teluşi, 20. Mala, 22. İbrahimi, 23. Hakay, 26. Kordeyro, 33. Bitri

 

Ehtiyat oyunçular: 1. Hika, 4. Broxa, 19. Traşi, 38. Kote, 66. Ekuban, 99. Braun, 90. Mensah

 

Baş məşqçi: Franko Lerda

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB