TOP 10

“Fənərbaxça”da 5 ayrılıq

Dünya Futbolu
Tarix: 2019-07-17 10:30

Türkiyənin “Fənərbaxça” klubu yeni transfer etdiyi kosovolu hücumçu Vedat Muriqinin qarşılığında “Rizəspor”a verdiyi futbolçuların adını açıqlayıb. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi Muriqinin əvəzində 4 gənc futbolçusunu Rizə klubuna göndərib.

 

Bunlardan Tarık Çetin, Burak Albayrak və Mahsun Çapkan transfer hüququ ilə birgə “Rizəspor”a satılıb. Oğuz Kağan isə 1 illik icarəyə göndərilib.

 

“Fənərbaxça” bir neçə gün öncə “Ümraniyəspor”dan aldığı Yasir Subaşını da “Kayserispor”a satdığını rəsmən açıqlayıb.

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB