TOP 10

Çempionlar Liqası: 6 klub 2-ci təsnifat mərhələsində

Dünya Futbolu
Tarix: 2019-07-17 00:55

Futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilib. Bu qarşılaşmalardan sonra ÇL-də 2-ci təsnifat mərhələsinə yüksələn ilk 6 komanda bəlli olub. Bu sevinci “Nımme Kalyu”, “Saburtalo”, HİK, “Valletta”, TNS və “Srvena Zvezda” klubları yaşayıb.


Azərbaycanın turnirdə yeganə təmsilçisi olan “Qarabağ”ın Albaniyanın “Partizani” klubu ilə cavab oyunu iyulun 17-də baş tutacaq. “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da start götürəcək. Komandalar arasındakı ilk oyun 0:0 hesabıyla başa çatıb.


UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları


16 iyul


Şkendiya (Makedoniya) – Nımme Kalyu (Estoniya) 1:2 (İlk oyun – 1:0)
Qol: İbrahimi, 62-pen – Ugge, 6. Liliu, 90+1.


Saburtalo (Gürcüstan) – Şerif (Moldova) 1:3 (3:0)
Qol: Roloviç, 59 – Latif, 3. Marqelaşvili, 8-öz qapısına. Rambe, 11.


HB Torshavn (Farer adaları) – HİK (Finlandiya) 2:2 (0:3)
Qol: Pingel, 17. Andersen, 56 – Riski, 60; 77.


Valletta (Malta) – Düdelanj (Lüksemburq) 1:1 (2:2)
Qol: Fontanella, 35 – Pokar, 59.


Ferronikeli (Kosovo) – TNS (Uels) 0:1 (2:2)
Qol: Ebbe, 67.


Srvena Zvezda (Serbiya) – Suduva (Litva) 2:1 (0:0)
Qol: Boakye, 4. Marin, 29 – Topçaqiç, 90+6.


17 iyul


20:30 Riqa (Litva) – Dandalk (İrlandiya) (0:0)
21:00 AİK (İsveç) – Ararat (Ermənistan) (1:2)
21:00 Qarabağ (Azərbaycan) – Partizani (Albaniya) (0:0)
21:00 Rusenborq (Norveç) – Linfild (Şimali İrlandiya) (0:2)
21:30 Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarstan) (1:2)
22:00 ÇFR Kluj (Rumıniya) – Astana (Qazaxıstan) (0:1)
22:00 Pyast (Polşa) – BATE (Belarus) (1:1)
22:15 Maribor (Sloveniya) – Valyur (İslandiya) (3:0)
22:15 Sutyeska (Monteneqro) – Slovan (Slovakiya) (1:1)
22:45 Seltik (Şotlandiya) – Sarayevo (Bosniya və Herseqovina) (3:1)

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB