TOP 10

Şevçenko Ukrayna Premyer Liqa klubuna "yox" dedi, "Sumqayıt"a gəlir

Futbol
Tarix: 2019-07-16 10:26

"Sumqayıt" Ukraynadan futbolçu gətirir. Sport24.az xəbər verir ki, Kiyevin "Obolon-Brovar" klubunun sol cinah müdafiəçisi Yevgeni Şevçenko "gənclik şəhər"i təmsilçisinin Türkiyədəki hazırlığına qatılacaq.

 

Sumqayıtlılar Şevçenkonu baxışdan keçirərək onunla müqavilə imzalamaqla bağlı yekun qərarı verəcəklər. Kiyevdə anadan olan Yevgeninin Azərbaycana bağlılığı var. Belə ki, onun valideynləri Bakıdandı.

 

Ukrayna I liqa klubuyla müqaviləsi bitən Şevçenko Premyer Liqasının təmsilçisi "Lvov"da yaxında baxışdan uğurlu keçib. Ancaq gənc futbolçu sonda bu klubla müqavilə imzalamaq istəməyərək düşərgəsini tərk edib.

 

Xatırladaq ki, "Sumqayıt" iyulun 17-dən 18-nə keçən Türkiyəyə ikihəftəlik təlim-məşq toplanışına yollanacaq. 

 

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB