TOP 10

"Qəbələ"nin daha bir futbolçusu Çexiya klubuna keçdi

Futbol
Tarix: 2019-07-16 00:24

"Qəbələ"nin daha bir yetirməsi olan gənc futbolçu karyerasını Çexiyada davam etdirəcək. Sport24.az xəbər verir ki, U-19 yığmamızın üzvü olan hücumameylli yarımmüdafiəçi Samir Qurbanov bu ölkənin yüksək liqa təmsilçisi "Viktoriya"ya keçib. O, yeni klubuyla 2 illik müqavilə imzalayıb.

 

Keçid FİFA Agenti Vaqif Heydərlinin vasitəçiliyi ilə baş tutub. Heydərli "Facebook"dakı şəxsi səhifəsində Samirlə birgə fotosunu paylaşaraq Avropaya növbəti yolçunu açıqlayaraq Samirə uğurlar arzulayıb. 1903-cü ildə yaradılan Jijkov klubu 2 dəfə Çexiya Kubokunu qazanıb, 1 dəfə Çexiya II liqasının çempionu olub. 

 

Xatırladaq ki, bunadək bir neçə futbolçumuzun Avropada legioner həyatı yaşamasına yardımçı olan Heydərli "Qəbələ" Futbol Akademiyasının 2 yetirməsinin Praqa "Slaviya"sına keçidində vasitəçi olub. Onlardan hücumçu Rövlan Muradov icarə müqaviləsi bitən kimi Vətənə dönübsə, yarımmüdafiəçi Fərid Nəbiyev hələ də bu klubun futbolçudu. 

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB