TOP 10

"Qarabağ" - "Partizani": Mətbuat konfransları və son məşqlərin vaxtları açıqlandı

Futbol
Tarix: 2019-07-15 18:56

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Partizani" (Albaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Sport24.az xəbər verir ki, iyulun 16-da "Azərsun Arena"nın mətbuat zalında təmsilçimizin baş məşqçisi Qurban Qurbanov saat 18:30-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

"Partizani"nin baş məşqçisi Franko Lerda isə saat 19:45-də "Dalğa Arena"nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Albaniya təmsilçisinin son məşqi saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

 

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB