TOP 10

"Qarabağ" daha bir futbolçusunu icarəyə verdi

Futbol
Tarix: 2019-07-15 19:00

"Qarabağ" daha bir gənc futbolçusunu icarəyə verib. Sport24.az xəbər verir ki, Elvin Cəfərquliyev qarşıdakı mövsümü "Sumqayıt"da keçirəcək. "Gənclik şəhər"inin təmsilçisi Ayxan Abbasov Sport24.az-a açıqlamasında 19 yaşlı sol cinah müdafiəçisini 1 illiyə icarəyə götürdüklərini bildirib.

 

2000-cil təvəllüdlü Elvin hələ xeyli müddət 21 yaş limitinə uyğun futbolçu statusu daşıyacaq. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov onu Avstriyadakı təlim-məşq toplanışına apararaq yoxlama matçlarında oynamaq şansı da vermişdi. Görünür, Qurbanov gənc futbolçunun indiki məqamda oyun praktikası qazanmasını daha vacib sayaraq icarəyə verilməsini daha məqsədəuyğun hesab edib. 

 

Qeyd edək ki, "Qarabağ" 21 yaş limitinə uyğun gələn digər gənc futbolçusu Nicat Süleymanovu yay fasiləsində "Zirə"yə icarəyə verib. 

 

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB