TOP 10

“Neftçi” - “Speranta” matçının biletləri satışda

Futbol
Tarix: 2019-07-15 14:45

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Speranta” oyununun biletləri bu gündən satışda olacaq. Sport24.az xəbər verir ki, qiyməti 2, 5, 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edən biletləri “Bakcell Arena” stadionlarının kassalarından, həmçinin “Rahat market”in “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzinin 1-ci mərtəbəsi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazalarından və “Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündü. 


Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək.


Xatırladaq ki, iyulun 18-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sperantsa” oyununa saat 21:00-da start veriləcək.

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB