TOP 10

"Partizani" “Qarabağ”la cavab matçında əsas heyətdə 2 dəyişiklik edəcək - FOTO

Futbol
Tarix: 2019-07-15 14:18

Albaniyanın “Partizani” klubunun Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu üçün heyəti məlum olub. Sport24.az xəbər verir ki, Albaniyanın “Panorama Sport” saytı çempionlarının təmsilçimizlə Bakıdakı matçı üçün təxmini 11-liyini açıqlayıb.

 

Bildirilir ki, “Partizani”nin baş məşqçisi Franko Lerda ilk oyundakı heyətdə 2 dəyişiklik edəcək. İtaliyalı mütəxəssis “Qarabağ”la cavab oyununda müdafiənin sol cinahında Lorentso Traşiyə, hücumda isə Brayan Brauna şans verəcək. Hər iki oyunçu ilk oyunda meydana sonradan daxil olmuşdu.

 

Xatırladaq ki,“Qarabağ” – “Partizani” matçı iyulun 17-də, “Dalğa Arena”da keçiriləcək. Komandalar arasındakı ilk oyun qolsuz bərabərliklə başa çatıb.

 

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB