TOP 10

“Fənərbaxça”nın 4 futbolçusu rəsmən “Rizəspor”da

Dünya Futbolu
Tarix: 2019-07-15 14:30

Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi “Fənərbaxça”ya satdığı Vedat Muriqinin transferi qarşılığında İstanbul təmsilçisinə məxsus dörd futbolçunu heyətinə qatıb.

 

Rizə təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, Mahsun Çapkan və Burak Albayrak birdəfəlik transfer olunub. Oğuz Kağan Güçtekin isə icarəyə götürülüb. Artıq bu üç futbolçu komandanın Ərzurumdakı təlim-məşq toplanışına qatılıb.

 

“Rizəspor” “Fənərbaxça”nın isveçrəli hücumçusu Mixael Freyin də keçidini həll edib. Bu barədə klubun prezidenti Hasan Kartal yerli mətbuata açıqlamasında məlumat verib. O, bu transfer üçün “Fənərbaxça” ilə bütün məsələlərdə anlaşdıqlarını, futbolçunun tezliklə “Rizəspor”la rəsmi müqaviləyə imza atacağını bəyan edib. Tərəflər 1+1 illik müqaviləyə imza atacaqlar.

 

Frey ötən mövsümün əvvəlində İsveçrənin “Sürix” klubundan transfer olunmuşdu. 24 yaşlı forvard geridə qalan mövsümdə 14 oyuna çıxıb, 3 qol vurub.

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB