TOP 10

Balayev yenidən lider olduqları üçün sevinir: "İndi orda qalmaq üçün çox çalışmalıyıq"

Futbol
Tarix: 2019-07-15 12:09

"Bir neçə gün əvvəl Lüksemburqda "Jeness"lə çətin matç keçirdik. Həmin görüşü unudub, "Ordabasi" ilə matça hazırlaşmaq üçün çox az vaxtımız var idi. Oyunun çətin olacağını bilirdik. Rəqib intizamlı komandadı". Sport24.az xəbər verir ki, bu sözləri "Tobol"da çıxış edən millimizin futbolçusu Emil Balayev klubunun rəsmi saytına açıqlamasında deyib.

 

25 yaşlı qapıçı Qazaxıstan Premyer Liqasının XXVIII turunda səfərdə "Ordabasi" ilə qolsuz heç-heçə etdikləri oyunu dəyərləndirərkən, ümumən nəticənin ədalətli olduğunu bildirib:  Başa düşürdük ki, meydandan maksimum nəticə ilə ayrılmaq üçün var gücümüzlə mübarizə aparmalıyıq. Hər iki komandanın fərqlənmək üçün imkanları oldu. Yenidən turnir cədvəlində ilk pilləyə yüksəldiyimiz üçün sevinirəm. İndi orda qalmaq üçün çox çalışmalıyıq".

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB