TOP 10

Əsgərovun komandası darmadağınla 1/4 finalda

Dünya Futbolu
Tarix: 2019-07-15 12:03

Futbol üzrə Latviya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da bu turnirdə növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv səfərdə “Smiltene” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.


Vüqar da bu görüşün iştirakçısı olub. Baş məşqçi Aleksandr Starkov ona start heyətdə yer verib və 84-cü dəqiqədə əvəzləyib.

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB