TOP 10

Muntyanu 2-ci dəfə Bakıya gəlir - Yenə Mahirin "Dalğa Arena"da qoluna şahid olacaq?

Futbol
Tarix: 2019-07-15 11:09

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Partizani" (Albaniya) matçının hakimləri açıqlanıb.  Sport24.az xəbər verir ki, görüş Dumitru Muntyanunun başçılıq etdiyi Moldovadan olan hakimlər briqadasına tapşırılıb.

 

Ona Vladislav Lifçiu və Andrey Bodean kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Aleksandru Tean yerinə yetirəcək. 

 

2013-cü ildən FİFA referisi olan 34 yaşlı Muntyanubunadək beynəlxalq matçlarımızda idarəçilik edib. Maraqlıdı ki, bu, ilk dəfə məhz Bakıda, məhz "Qarabağ"ın meydana çıxacağı "Dalğa Arena"da olub. Söhbət 2016-cı ilin sentyabrın 6-da U-21 yığmamızın farerli həmyaşıdlarıyla 1:1 hesabıyla nəticələnən rəsmi matçından gedir. Dumitru görüşdə 4 sarı vərəqə göstərib ki, bunun 1-i futbolçumuza olub. "Qarabağ"ın futbolçularından Şharudin Məhəmmədəliyev, Rahil Məmmədov, Mahir Mədətov və Abbas Hüseynov bu matçda start heyətdə çıxış ediblər, yalnız sonuncu əvəzlənib. Özü də Muntyanu Mahirin 88-ci qolunu qeydə alıb və bununla da millimiz xal qazanıb. 

 

Dumitru bundan 1 ay sonra UEFA Gənclər U-19 Liqaısnda "Qəbələ"nin Moskvada "Dinamo"ya 0:5 hesabıyla darmadağın olduğu cavab qarşılaşmasında da idarəçilik edib. Bu dəfə də 4 sarı vərəqə və hamısı rəqibə. 
 

 

Qeyd edək ki, "Qarabağ" - "Partizani" oyunu iyulun 17-də "Dalğa Arena"da keçiriləcək. Komandalar arasında Albaniyadakı görüşdə qol vurulmayıb.

 
18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB