TOP 10

Bezotosnı "Qəbələ"dəki karyerasına "5" qiyməti verdi: "Qriqorçukun gedişindən sonrakı mövsümlə bağlı ikili təəssürat qaldı"

Futbol
Tarix: 2019-07-14 17:30

"Qəbələ"nin mövsüm bitəndən sonra yollarını ayıraraq "Çernomorets"ə qayıdan ukraynalı qapıçı Dmitri Bezotosnı öz ölkəsinin mətbuatına müsahibə verib. Sport24.az həmin müsahibəni təqdim edir.

 

- Dmitri, "Çernomorets"lə müqavilə imzaladın. Öz təşəbbüsünlə?

- Ola bilər, hətta daha öz təşəbbüsümlə. Qəbələdən dönəndən sonra Odessada idim. Odessa klubunun rəhbərliyi ilə əlaqəyə girdim. Razılaşdıq ki, "dənizçilər"in təlim-məşq toplanışı nə vaxt başlayanda, komabdanın baş məşqçisi Angel Çervenkovla danışım. O. məni iş başında görəcək və bundan sonra gələcəyi müzakirə edərik. Sonda tanışlıqdan və bir neçə məşqlərdən sonra "Çernomorets"ıə rəsmi müqavilə imzaladım və bununla da Odessa komandasına qayıtdım.

 

- Qəbələdə olduğunuz bu müddətdə "Çernomorets" başqa olub...

- Əlbəttə. İndi çoxlu gənc, ancaq eyni zamnada bir təcrübəli futbolçu da var. Bir neçə il komandada birgə çıxış etdiyim futbolçulardan indi qalan yalnız Volodya Arjanovdu. 

 

- "Çernomorets" səndən başqa təcrübəli futbolçu Kosntantin Yaroşenkoyla müqavilə imzalayıb. Odessalılar yüksək liqaya qayıtmaq üçün mübarizə aparacaq?

- Əlbəttə. Komanda qarşısında yalnız bu vəzifə durur. Elit divizionda imkan qədər tez olmalıyıq. "Çernomorets"un Ukrayna Premyer Liqasında dönməsi üçün əlimi qoymaq istəyirəm. 

 

- Anqel Çervenkoyla tanışlıq necədi sənə?

- "Çernomorets"lə məşq prosesinə başlayanda söhbətimiz oldu. Hər şey yaxşıdı, iş prosesində tanış oluruq, heç bir çətinlik yoxdu. İndi növbəti mövsüm üçün qarşıya qoyulan vəzifəni yerinə yetirmək üçün ümumi məqsədə çatmağa köklənmişik. 

 

- 2011-15-ci illərdə "Çernomorets"də oynamısan. Bu, karyeranda yaxşı illər idi?

- Mənim üçün bəli. Çox layiqli futbol göstərdik, çempionatda medallar uğrunda mübarizə apardıq, avrokuboklarda oynadıq. Matçlarımıza azarkeşlər də gəlirdi. Oyunumuz xo.larına gəlirdi, ajiotaj vardı. 

 

- "Qəbələ"ylə çətinlik olmadan ayrıldın?

- Bəli, bir-birimizə heç iradımız yoxdu. Bu, mənim üçün karyeramın yaxşı mərhələsi idi. Hansı ki xatirəmdə qalacaq. Yaxşı əməkdaşlığımız oldu. Ümid edirəm ki, bununla klubda da razı qaldılar. Bir-birimizə çox kömək etdik. Ona görə də bu mərhələni "5" kimi qiymətləndirirəm. 

 

- Roman Qriqorçuk "Qəbələ"dən səndən əvvəl getdi. O, baş məşqçi postundan sonra komandada nə dəyişdi?

- Bu, mənə aid sual deyil. Özüm bu haqda çox düşünürdüm ki, komanda Qriqorçukun gedişindən sonra zəiflədimi. Bir tərəfdən, onunla çempionatda yüksək yerlər uğrunda mübarizə aparırdıq, Avropa Liqasının qrup mərhələsində çıxış edirdik. Onun "Qəbələ"dən gedişindən sonra isə yəqin ki, belə balanslaşdırılmış futbol göstərmədik, ancaq titul qazandıq - ölkə Kuboku. Buna görə də ikili təəssürat qaldı. 

 

- Qriqorçuk səni "Astana"ya çağırmadı?

- Yox, belə bir söhbət olmayıb.

 

- Bəs Azərbaycanda qaıb digər komandada çıxış etmək istəmirdin?

- Bu, yalnız söz-söhbətlər səviyyəsindədi. İndi artıq "Çernomorets"in futbolçusuyam və hazırda bütün fikirlərim yalnız bu komandayla bağlıdı. 

 

- 35 yaş qapıçı üçün çox deyil?

- Belə deyərlər: futbol hər şeyi göstərəcək. Kimsə 35 yaşda karyeranı bitirir, kimdəsə isə əksinə, qapıçı kimi parlama başlayır. Aleksadr Şopkovki, Canluicci Buffonla bağlı nümunələrim var. Onlar bu yaşda yüksək səviyyəli oyun göstərirdilər. Ən əsası, komandaya təcrübən və oyununla kömək etməkdi. Əlbəttə, ola bilər ki, pasporta baxmaq olar, ancaq matçlardan sonra nəticə çıxarmaq daha yaxşıdı.

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB