TOP 10

İvan Kavalyero İngiltərədə klubunu dəyişdi

Dünya Futbolu
Tarix: 2019-07-14 20:42

İngiltərənin “Vulverhempton” klubu portuqaliyalı vingeri İvan Kavalyeronu icarəyə göndərib. Sport24.az xəbər verir ki, sözügedən futbolçu qarşıdakı mövsümü Çempionşipdə mübarizə aparan “Fulhem”də keçirəcək. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.


“Benfika”nın yetirməsi olan yarımmüdafiəçi 2016-cı ildən “Vulverhempton”un uğurları üçün çalışırdı. O, daha öncə Fransada “Monako”nun, İspaniyada isə “Valensiya”nın da şərəfini qoruyub. Kavalyero Portuqaliya yığmasında da 2 oyun keçirib.

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB