TOP 10

Emin oynadı, “Kalmar” yenə uduzdu

Dünya Futbolu
Tarix: 2019-07-14 16:20

Futbol üzrə İsveç çempionatında 15-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da növbəti matçına çıxıb. 


Sözügedən kollektiv səfərdə “Eskilstuna” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.


Emin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Millimizin sabiq üzvü 51-ci dəqiqədə sarı vərəqə də alıb.


“Kalmar” hazırda 13 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.
 

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB