TOP 10

Azərbaycan çempionu Ermənistan klubunun məşqçisi təyin olundu

Futbol
Tarix: 2019-07-14 13:00

"Neftçi"nin və "Bakı"nın sabiq futbolçusu olan Vadim Borets Ermənistanda çalışacaq. Sport24.az xəbər verir ki, 43 yaşlı moldovalı həmyerlisi İqor Pikuşakın rəhbərlik etdiyi "Noa" klubunun məşqçilər korpusuna daxil olub. Hər ikisiylə 1 illik müqavilə imzalanb.

 

Borets son olaraq vətənində "Petrokub" klubunun əvəzedici komandasının baş məşqçisi idi. Pikuşakın iyulun əvvəlində baş məşqçi postuna keçdiyi "Noa" yüksək liqada ötən mövsümün sonunadək "Artsax" adlanırdı. İndi klub növbəti mövsümə hazırlığını Gürcüstanda keçriir.


Xatırladaq ki, Borets ölkəmizdə titullarını 2012-ci ildə karyerasını bitirdiyi "Bakı"da Azərbaycan çempionu və ölkə Kubokunun qalibi olmaqla qazanıb. 

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB