TOP 10

Rüfət Dadaşovun qolu komandasına kömək etmədi

Dünya Futbolu
Tarix: 2019-07-14 13:19

Almaniyanın “Proyssen” klubu növbəti mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi 3-cü Bundesliqa təmsilçisi Hollandiyanın “Herakles” klubu ilə qarşılaşıb. 


Dörd qolun qeydə alındığı qarşılaşma futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb – 1:3.


Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 54-cü dəqiqədə penaltidən fərqlənən millimizin üzvü vurub.

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB