TOP 10

Azərbaycanlı futbolçuların komandası ilk oyunda məğlub oldu

Dünya Futbolu
Tarix: 2019-07-14 09:49

Futbol üzrə Rusiya Premyer Liqasında 2019/20 mövsümünün ilk turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da ilk matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Ural”la üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

 

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. Turqay isə qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB