TOP 10

"Neftçi" Bakıya döndü - FOTOLAR

Futbol
Tarix: 2019-07-12 23:56

Avropa Liqasında ölkəmizi təmsil edən "Neftçi" Vətənə dönüb. Sport24.az-ın Kişinyova ezam olunmuş əməkdaşı xəbər verir ki, turnirin I təsnifat mərhələsinin ilk matçı çərçivəsində Moldovanın "Sperantsa" klubunu 3:0 hesabıyla məğlub edən Premyer Liqamızın gümüş medalçısı az əvvəl Bakıya çatıb.

 

Bu səhər Moldovadan çıxan "Neftçi" sponsorlarından olan Türk Hava Yollarına məxsus Kişinyova-İstanbul-Bakı hava reysilə geri qayıdıb. Kapitan Emin Mahmudov şəxsi işləriylə bağlı Moskvaya yollandığından, komandayla birgə paytaxtımıza dönməyib. O, sabah Bakıda olaraq hazırlığa qatılacaq. Belə ki, "Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordin komandaya istirahət verməyərək artıq sabah axşam yüngül məşqlə "Sperantsa"yla cavab görüşünə hazırlığa başlayacaq.

 

Xatırladaq ki, iyulun 18-də "Bakcell Arena"da keçiriləcək həmin qarşılaşma saat 21:00-da başlayacaq.

 

 

 

MEHMAN SÜLEYMANOV, Kişinyov-Bakı

 

 

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB