TOP 10

Azərbaycan gimnastından Universiadada gümüş medal

Gimnastika
Tarix: 2019-07-12 23:33

İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan daha bir medal qazanıb. Sport24.az xəbər verir ki, bədii gimnastikanın fərdi yarışlarında Zöhrə Ağamirova çövnövçülük proqramında gümüş medala sahib olub. 
 

4 hərəkətin cəmində 75,425 xal toplayan Ağamirova 32 iştirakçı arasında 2-ci yeri tutub. Qızıl medala 83,600 xalla rusiyalı Yekaterina Seleznyova, bürünc medala isə 72,600 xalla ABŞ təmsilçisi Laura Yihan Zenq layiq görülüb.


Hazırda Azərbaycan 2 qızıl (Nazim Babayev, Marina Nekrasova), 2 gümüş (Hidayət Heydərov, Zöhrə Ağamirova), 2 bürünc (Patimat Abakarova, cüdo üzrə milli komanda) medalla 17-ci pillədə qərarlaşıb.

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB