TOP 10

Millimizin Yaponiya toplanışı davam edir

Güləş
Tarix: 2019-07-12 22:30

Gənc sərbəst güləşçilərimiz Yaponiyada təlim-məşq toplanışını davam etdirir. Sport24.az xəbər verir ki, iyulun 7-dən gündoğar ölkəyə səfər edən millimiz ayın 17-dək yerli komandayla birgə hazırlıq prosesini davam etdirəcək.

Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi altında Komatsu şəhərində toplanış keçən yığmamız fiziki çalışmalarla yanaşı, taktiki-texniki hazırlıq üzərində işləyir.


Qeyd edək ki, komandamız Komatsuda yüksək qonaqpərvərliklə üzləşib. İlk gündən qonaqlara qarşı böyük diqqət göstərən yaponlar bu gün şəhərin merinin təşəbbüsüylə millimiz üçün ziyafət təşkil edib.  

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB