TOP 10

Universiadada 5-ci medal

Digər
Tarix: 2019-07-12 21:12

İtaliyanın Neapol şəhərində davam edən XXX Yay Universiadasında Azərbaycan 5-ci medalını qazanıb. Sport24.az xəbər verir ki, taekvondoçu Patimat Abakarova bürünc medala sahib olub.

 

53 kq çəki dərəcəsində mübarizə aparan Abakarova Çin (18:0), Rusiya (11:5) və Almaniyadan (5:2) olan rəqiblərini məğlub edərək yarımfinala vəsiqəni təmin edib. Lakin finala gedən yolda Cənubi Koreya təmsilçisj onun eçün keçilməz olub - 0:1.


Daha əvvəl atlet Nazim Babayev 3 təkanla tullanma, idman gimnastı Marina Nekrasova dayaqla tullanma hərəkətində qızıl, cüdoçu Hidayət Heydərov (73 kq) fərdi mübarizədə gümüş, komandanın özü isə bürünc medala yiyələnib.

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB