TOP 10

Paytaxt klubundan iki transfer

Dünya Futbolu
Tarix: 2019-07-12 16:55

İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçularla ilə gücləndirib. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi A Seriyasının digər təmsilçisi SPAL-da forma geyinən Manuel Latsarini, həmçinin Kiprin “Apollon” klubundan Andresas Karonu transfer edib.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərənin “Nottingem Forest” klubunun yetirməsi olan Karo, “Apollon”dan başqa, ölkəsində “Nea Salamina” və “Pafos” komandalarında icarədə oynayıb. 22 yaşlı müdafiəçi həm də Kipr yığmasının üzvüdü.


Latsari isə 2013-cü ildən SPAL-ın formasını geyinirdi. 25 yaşlı yarımmüdafiəçi İtaliya yığmasında da 1 oyun keçirib. Onun transferi “Latsio”ya 18 milyon avroya başa gəlib.


Məhz bu transferin tərkib hissəsi olaraq, “Latsio” öz yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi Alessandro Murcanı SPAL-a satıb. Hansı ki, bu futbolçu geridə qalan mövsümdə də SPAL-da icarədə oynayıb.

18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB