TOP 10

Məşhur hücumçu karyerasını başa vurdu

Dünya Futbolu
Tarix: 2019-07-12 16:16

Futbol üzrə İngiltərə millisinin sabiq hücumçusu Piter Krauç karyerasını başa vurub. Sport24.az xəbər verir ki, bunu 38 yaşlı forvard özü açıqlayıb:


“Bu yay çox düşündüm və futbolu buraxmağa qərar verdim. Bu oyun mənə çox şey verdi”. 


Peşəkar karyerasına 1998-ci ildə başlayan Krauç, 2019-cu ilə qədər KPR, “Portsmut”, “Aston Villa”, “Norviç Siti”, “Liverpul”, “Stok Siti” və “Bernli” kimi klublarda forma geyinib. 38 yaşlı forvard karyerasında 735 oyuna çıxıb, 25 qola imza atıb. O, İngiltərə yığmasında 42 oyun keçirib, 22 qol vurub.

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB