TOP 10

Azərbaycan 26-cı pillədə

Futbol
Tarix: 2019-07-12 12:58

Avrokuboklarda 1-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, dünən Moldovada "Speranta"ya qalib gələn (3:0) "Neftçi" ölkəmizə 0.250 xal qazandırıb.

 
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində səfərdə "Partizani" (Albaniya) ilə qolsuz heç-heçə edən "Qarabağ" aktivimizə 0.125 xal əlavə etmişdisə, "Universitatya Krayova"ya (Rumıniya) uduzan (2:3) "Səbail" əliboş qalıb.

 
Bu nəticələrdən sonra Azərbaycan son 5 mövsümdəki xallarını 15,750-yə çatdırıb. Ancaq ölkəmizin reytinqi dəyişməyib, əvvəlki kimi 26-cı pillədə qalıb.
 

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB