TOP 10

Ağabala Ramazanov: “Bir-birimizi aldatmayaq”

Futbol
Tarix: 2019-07-12 09:30

"Vurduğum qollara görə sevinirəm. Hesaba gəldikdə isə sizin kimi mən də üzülürəm. Çünki evdə 3 top buraxmaq bizi məyus edir". Sport24.az xəbər verir ki, bunu "Səbail"in futbolçusu Ağabala Ramazanov evdə Rumıniya "Universitatya"sına 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib. 

 

"Dubl" müəllifi olan hücumçu bildirib ki, səfər oyunu daha ağır keçəcək: "Bir-birimizi aldatmayaq. Rəqibimiz çox güclüdür. Büdcə tərəfdən belə baxsaq, görərik ki, bizdən 5-6 qat üstündürlər. Bilirik ki, səfərdə bu cür rəqiblə çox çətin olacaq. Amma cavab oyununa daha ciddi hazırlaşacağıq. Ən azı, yaxşı mübarizə apararaq, nəticə qazanmağa çalışacağıq".

 

Ramazanov komanda yoldaşlarının istəksiz çıxış etmələri fikrinə belə reaksiya verib: "Bu, məşqçiyə aiddir. Mənim xarakterimi bilirsiniz. Çalışıram ki, hər qarşılaşmada mübarizə aparım".

 

Qeyd edək ki, cavab görüşü iyulun 18-də Krayovada keçiriləcək.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB