TOP 10

Mahmudov oynadıqları qəribə topdan və rəqibin bilərəkdən qazonu sulamamasından söz açdı: "Bakıda fərqli oyun göstərəcəyik"

Futbol
Tarix: 2019-07-12 12:16

"Neftçi"nin kapitanı Emin Mahmudov Avropa Liqasının I təsnifat mərhələsində Moldovada "Sperantsa"nı 3:0 hesabıyla məğlub etdikləri matçdan sonra müsahibə verib. Təcrübəli yarımmüdafiəçi Sport24.az-ın Kişinyova ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb.

 

- Qarşılaşmanı necə şərh edərdin?

- Çətin matç alındı. Ən azı ona görə ki, anlaşılmaz topla oynadıq. Həyatımda ilk dəfədi belə topla oynayırdım. Meydança ağır idi. Rəqib qarşılaşmadan öncə qazonu sulamamışdı. 

 

- Bilərəkdən?

- Bunu etməkdən imtina etdilər ki, bizə çətin olsun. Ancaq əsas odur ki, nəticəni qazandıq. Hansı ki cavab görüşündə bizi qane edəcək. Ancaq arxayınlaşmaq olmaz. 

 

- Ancaq 3:0 hesabı təkrar matça optimist baxmağınıza imkan verir...

- Boşalmaq olmaz. Futbolda hər şey olub. Belə məğlubiyyətlərin əvəzini çıxmaq halları da. 

 

- Hesab etmirsən ki, "Sperantsa"nın gücünü şişirtdik? Deyirdik ki, onlar yaxşı formadadı, çempionatları indi gərgin vaxtdadı, "Neftçi" isə hələ hazır deyil, ancaq bütün bunların qarşılığında səfərdə 3:0 hesabıyla qələbə qazanırıq...

- Hesab etmirəm ki, rəqibin gücünü şişirtmişik. Bu, həqiqətdi ki, onlar indi formadadı. Hər həftə oynayırlar. Mənim də səhvlərim çox oldu. Adətən belə vəziyyətlərdə səhv etmərəm. Topla olanda çox fikirləşməli olursan ki, nəticədə itkiyə yol verirdim. Fikrimcə, oyun kondisiyalarının çatışmazlığı ilə bağlıdı. Bu, öz sözünü deyir. 

 

- Bu qələbə "Neftçi"ni 2-ci mərhələyə yaxınlaşdırdı ki, orda Rusiya "Arsenal" artıq sizi gözləyir. Sənə vaxtilə Rusiya Premyer Liqasında çıxış etmiş futbolçu kimi bu komandaya qarşı oynamaq ikiqat xoş olacaq?

- Mənə maraqlı olacaq. Ancaq gəlin, əvəvlcə "Sperantsa"nı keçək. Bundan sonra artıq "Arsenal" haqda danışarıq. 

 

- Bakıdakı cavab matçından nə gözləyirsən?

- Evdə daha çox hücum edəcəyik. Bir qədər fərqli futbol göstərəcəyik.

 

 

 

MEHMAN SÜLEYMANOV, Kişinyov

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB