TOP 10

Mbodj moldovalıları Bakıda da məğlub etməyi vacib sayır: "Əlimizdən gələni etməli, var gücümüzü ortaya qoymalıyıq ki, hədəfimizə çataq"

Futbol
Tarix: 2019-07-12 09:00

"Neftçi"nin futbolçusu Mamadu Mbodj Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa"ya qalib gəldikləri (3:0) matçdan sonra Sport24/az-;n Moldovaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. Seneqallı müdafiəçi əvvəlcə görüş barədə fikirlərini bildirib...

 

- Çox gözəl oyun oldu. Lazım olan qələbəni qazandıq. Məqsədimiz qalib gəlmək idi. Ancaq bu, hələ son deyil. Çünki cavab matçı var. Həmin oyunda da əlimizdən gələni etməliyik ki, yaxşı nəticə qazanaq.

 

- Müdafiəçi kimi rəqib sizə çətinlik yaratdı, yoxsa işiniz o qədər də çox olmadı?

- Futbolda asan heç nə olmur. Rəqib mübarizə apardı. Cavab oyununa 1 həftə var, yaxşı hazırlaşmalı və yenə qalib gəlməliyik.

 

- Rəqibin cavab matçında sizə çətinlik yaradacağını düşünürsüz?

- Rəqibin necə çıxış edəcəyindən asılı olmayaraq, ciddi hazırlaşmalı və həmin oyunda da bütün gücümüzü ortaya qoymalıyıq.

 

- Bu gün meydanda olsan da, komandanızda daha bir yeni güclü müdafiəçi Voislav Stankoviç var. Onunla rəqabətə hazırsan?

- Komandada yeni yaxşı futbolçuların olması yaxşıdı. Bu, rəqabət yaradır. Stankoviç güclü müdafiəçidi. O da öz oyunu ilə komandaya kömək edə biləcək.

 

- Ötən mövsüm komanda ilk mərhələdə məğlub olmuşdu. Bu il daha uğurlu ola biləcəyini düşünürsən? Ümumiyyətlə, nə qədər irəli getmək sənin üçün uğurlu sayılacaq?

- Keçən il burda deyildim. Ancaq eşitmişdim. Bu da komanda üçün bir təcrübədi. Əlimizdən gələni etməli, var gücümüzü ortaya qoymalıyıq ki, hədəfimizə çataq.

 

 

 

MEHMAN SÜLEYMANOV, Kişinyov

 

 

 

MEHMAN SÜLEYMANOV, Kişinyov

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB