TOP 10

Afrika Millətlər Kuboku: Tunislə Əlcəzair də yarımfinalda

Dünya Futbolu
Tarix: 2019-07-12 10:30

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutub.

 

Öncə Fil Dişi Sahili və Əlcəzair yığmaları üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə bitib. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Əlcəzair millisi yarımfinala yüksəlib.

 

Günün digər matçında Madaqaskar və Tunis yığmaları qarşılaşıb. Qitə birinciliyində ilk dəfə mübarizə aparmasına baxmayaraq, sürpriz şəkildə 1/4 finala qədər gələn Madaqaskar millisi bu mərhələdə dayanmalı olub. Tunis yığması sözügedən komandanı üç cavabsız qolla məğlub edərək növbəti mərhələyə çıxıb.

 

Daha öncə Seneqal və Nigeriya yığmaları yarımfinalda oynamaq hüququ qazanmışdı. Beləliklə, finala vəsiqə uğrunda Seneqal Tunislə, Nigeriya Əlcəzairlə mübarizə aparacaq. Yarımfinal görüşləri iyulun 14-də keçiriləcək.

 

Afrika Millətlər Kuboku
1/4 final

10 iyul

 

Seneqal – Benin 1:0
Qol: Queye, 70.

 

Nigeriya – CAR 2:1
Qol: Çukvueze, 27. Trost-Ekonq, 89 – Zunqu, 71.

 

11 iyul

 

Fil Dişi Sahili – Əlcəzair 1:1 (penaltilər – 3:4)
Qol: Kodjia, 62 – Fequli, 20.

 

Madaqaskar – Tunis 0:3
Qol: Sassi, 52. Msakni, 60. Sliti, 90.

18 Oktyabr 2019
17 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB