TOP 10

"Neftçi"dən tarixi nəticə

Futbol
Tarix: 2019-07-12 00:18

"Neftçi" klubu avrokuboklarda tarixi nailiyyətə imza atıb. Sport24.az xəbər verir ki, "ağ-qaralar" ilk dəfə səfərdə böyük hesablı qələbəyə imza atıb.

 

Bu, Avropa Liqasının I təsnifat mərhələsində Moldovada "Sperantsa" ilə ilk oyuna təsadüf edib. Roberto Bordinin komandası Kişinyovda 3:0 hesabıyla qalib gəlib. 

 

Ümumilikdə isə bu, "Neftçi"nin darmadağınla qalib gəldiyi ikinci avrokubok matçı olub. Daha əvvəl "ağ-qaralar" 2012/13 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Dalğa Arena"da Gürcüstan "Zestafoni"sini eyni hesabla udub.

 

Qeyd edək ki, "Neftçi" "Sperantsa" ilə cavab görüşünü iyulun 18-də "Bakcell Arena"da keçirəcək.

24 Sentyabr 2019
23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB