TOP 10

Efros "Neftçi"nin böyükhesablı qələbəsinə kölgə saldı: "Qolları 3-cü şəxslər vurdular"

Futbol
Tarix: 2019-07-11 23:36

Moldovanın "Sperantsa" klubunun baş məşqçisi Kristian Efros Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"yə evdə 0:3 hesabıyla uduzduqları görüşdən sonra mətbuat konfransı keçirib. Sport24.az-ın Kişinyova ezam olunmuş əməkdaşı xəbər verir ki, gənc mütəxəssis əvvəlcə darmadağını şərh edib.

 

- Futbolçularımdan oyunun çox hissəsinə görə razı qaldım. Hesab onu göstərdi ki, nəticədə 3-cü şəxslərin rolu oldu. Əlbəttə, üzücü oldu. Rəqibin yerində olsaydım, qələbəyə sevinməzdim. Gülməli idi. 

 

- 3-cü şəxslər deyəndə, kimləri nəzərdə tutursunuz? Hakimləri?

- Növbəti suala keçin. Hakimlərin idarəçiliyini siz təhlil edin. Bu axşam daha çox onun qərarları ön planda idi. 

 

- "Neftçi"nin hansı zəif tərəflərini nəzərdə tutmuşdunuz ki, bundan istifadə etməli idiniz?

- Müdafiə xəttini nəzərdə tuturdum. Qol imkanlarımız vardı, vura bilmədik. Əks-hücumlarımız daha təhlükəli idi. Qolları 3-cü şəxslər vurdular. 

 

- Belə çıxır ki, cavab matçı formal olacaq?

- Hələ bir həftə hazırlaşmağa vaxtımız var. İlk oyunu təhlil edəcəyik. 

 

- Niyə ikinci hissə başlayandan sonra meydana daxil oldunuz?

- Həmişə belə edirəm, komanda çıxır, sonra mən.

 

- Niyə ikinci hissə başlayan kimi bütün baş məşqçilər kimi "texniki zona"da olmursunuz?

- Fikir verdinizcə, meydanı hərlənərək ora getməli oldum. Useyn Bolt deyiləm ki, tez çatım.

 

- Niyə aqressivsiniz?

- Konkret nəyi nəzərdə tutursunuz?

 

- Suallarımıza aqressiv cavab verirsiniz. Niyə "Neftçi"nin qələbəsinə kölgə salırsınız?

- Niyə sevinəsən belə qələbəyə ki? Şəxsən mən sevinməzdim. Mən belə insanam. Öz fikrimi deyirəm. Belə qələbə olsaydı, bir həftə yata bilməzdim. Rəqibi nəzərdə tutmuram. Sadəcə, öz düşüncələrimi sizə bildirirəm.

 

- Roberto Bordini "Şerif"dən məğlub yola salmışdınız. Belə çıxır ki, sizdən revanş aldı?

- Belə demək də olar. 

 

 

MEHMAN SÜLEYMANOV, Kişinyov

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB