TOP 10

Hacıyev realistdi: "Sürpriz hər zaman gözləmək olar, ancaq..."

Futbol
Tarix: 2019-07-11 22:43

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Rumıniyanın "Universitatya Krayova" klubuna evdə 2:3 məğlub olan "Səbail"in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib.

 

- Gözlədiyimiz rəqibi gördük. Düşünürəm ki, maraqlı oyun alındı. Taktiki baxımdan xeyli maraqlı gedişlər oldu. Rumınlar bizdən bir sıra komponentdə irəlidədilər. Buna baxmayaraq, layiqli mübarizə apardıq. Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışdı. Ancaq rəqib düşrgədə yer alan futbolçuların fərdi keyfiyyətləri özünü göstərdi.

 

- Komandanızın toplanışa gec başlaması, transferlərin yubanmasında günah kimdədi?

- Biz günahkar axtarmırıq. Sadəcə, mövsümün əvvəlində fiziki güc tez tükənir. Qapımızda 2 qolu ani diqqətsizlikdən buraxdıq. Ümumilikdə isə günahkar yoxdu. "Səbail" gənc komandadı, stabil büdcəsi var. Əlbəttə, büdcə artsa, biz də daha güclü futbolçulara sahib olarıq. 

 

- Mirabdulla Abbasov ancaq komanda yoldaşlarına irad bildirməklə yadda qaldı. Ondan nələrsə gözləyirsiniz?

- Vizası ilə bağlı problem yarandığından toplanışın son 1 həftəsinə qoşuldu. Ümumilikdə isə onun potensialına inanırıq. Sadəcə, əsas problem odur ki, Abbasova həmin mövqedə rəqabət yaradan futbolçu yoxdu. Əlbəttə, imkan yaransa, çempionatın startınadək hücuma daha bir futbolçu alacağıq.

 

- Ağabala Ramazanov mərkəz hücumçusu mövqeyinə çəkildikdən sonra komandanız fəallaşdı. Əvəzetmələrdə yubanmadınız?

- Məncə, yox. Sadəcə, fasilədən sonra 2 və 3-cü qolları tez buraxdıq.

 

- Geridönüş şansınız var?

- Var, amma çox çətin görünür. Rəqib pressinq edən komandadı. Səfərdə daha çətin olacaq. Konsentrasiyanı itirməməliyik. Mərhələ adlamaq üçün 2 top fərqi ilə qalib gəlməliyik. Əlbəttə, çalışacağıq, amma çox çətin görünür.

 

- "Səbail"dən sürpriz gözləyə bilərik?

- Sürpriz hər zaman gözləmək olar, ancaq bir sıra problemlər var ki, bu gün optimal formada deyildik.

 

- Qeyd etdiniz ki, rəhbərlik üstünlüyü yerli futbolçulara verməyi məsləhət görüb. Bugünkü oyun isü göstərdi ki, bu cür müdafiə xəttini rumınlar "bıçaq yağı kəsən kimi" yardı. Bu cür oyundan sonra mərkəz müdafiəçisi mövqeyinə əlavə oyunçu alınması yönündə rəhbərliyi inandıra bilməytəcəksiniz?

- Hər şey düzdü. İxtiyarımızda cəmi 2 mərkəz müdafiəçisi var. Sadəcə, hələlik belə məsləhət olub, biz də əlimizdəki futbolçulardan istifadə edirik.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB