TOP 10

Papure məmnundu: "Konsentrasiyanı itirmək olmaz"

Futbol
Tarix: 2019-07-11 22:18

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Bakıda "Səbail"i 3:2 məğlub edən Rumıniya "Universitatya"sının baş məşqçisi Korneliu Papure mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

- Yaxşı oyun alındı. 3 qol vurduq, bundan da çox fərqlənə bilərdik. Lazımsız iki qol buraxdıq. Bütün hallarda, sevinirəm ki, avrokuboklara qələbəylə başladıq.

 

- Demək olarmı ki, cütlüyün taleyi həll olundu?

- Səfərdə 3 qol vurmuşuq. Bəli, biz indi favoritik. Ancaq konsentrasiyanı itirmək olmaz. Belədə, mərhələni adlayacağıq.

 

- Qaçırdığınız qol imkanları meydançayla bağlı idi?

- Məncə, bu, mövsümün əvvəli olmasıyla bağlıdı. Əlbəttə, bütün imkanları qola çevirmək istəyərdik.

 

- Rəqib komandada "Çelsi" və "Real"da çıxış etmiş futbolçu oynadığı halda, komandanızda 16 yaşlı gənc debüt etdi. Bunu necə şərh edərdiniz?

- Kim bilir, bəlkə o da bir gün "Real"da çıxış edəcək.

 

- Planınız qol buraxmadan qalib gəlmək idi?

- Əlbəttə, qapımızda top görmədən qalib gəlmək istəyərdik. Bu, istənilən komandaya xoş olar.

 

- "Səbail"in heyətindən hansı futbolçunu öz ixtiyarınızda görmək istəyərdiniz?

- Yevgeni Koçuk və Rahid Əmirquliyevi qeyd edərdim. Ancaq kimi görmək istəyəməyimi indi fikirləşə bilmərəm.    

 

 

CEYHUN ƏLİYEV

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB