TOP 10

"Sperantsa" - "Neftçi" matçına dəqiqələr qalarkən: 10 minlik boş stadionda "Forza Neftçi" sədaları - FOTOLAR

Futbol
Tarix: 2019-07-11 20:50

Avropa Liqasının I təsnifat mərhələsində az sonra başlayacaq "Sperantsa" - "Neftçi" matçında azarkeş marağı çox azdı. Sport24.az-ın Kişinyova ezam olunmuş əməkdaşı xəbər verir ki, 10 mindən bir qədər artıq azarkeş tutumuna malik "Zimbru" stadionu demək olar boşdu.

 

Görüşün startına cəmi 10 dəqiqə qalıb ki, bu müddətdə stadionun heç 1/3-ü dolmayıb. Yəni, anşlaqın olmayacağı indidən deyə bilərik. 

 

Azərbaycan bayrağında olan 10 azarkeşimiz da qapının arxasında yer alıb. Bu dəqiqələrdə isə "Forza Neftçi"nin Bakıda Kişinyova 3 gü yol qət edərək gələn 30-ə yaxın üzvü şüarlarla arenaya təşrif buyurdu və  yaratdıqları ab-havayla, sədalarıyla bütün diqqətləri özlərinə cəlb etdilər.

 

 

 

MEHMAN SÜLEYMANOV, Kişinyov

 

 

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB