TOP 10

“Sumqayıt”da 3 illik müqavilə

Futbol
Tarix: 2019-07-11 15:31

2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətinə yeni futbolçular cəlb edib. Sport24.az xəbər verir ki, klubun akademiyasının yetirmələri və əvəzedici komandanın üzvləri olan Rüfət və Səbuhi Abdullazadə ilə 3 illik müqavilə imzalanıb. 


Rüfət “Sumqayıt”da 20, Səbuhi isə 28 nömrəli formada çıxış edəcək.


U-19 millimizin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə Premyer Liqada debüt ediblər. Rüfət qeyd olunmuş mövsümün 11-ci turunda “Keşlə” ilə qarşılaşmada (3:1) ilk Premyer Liqa oyununu keçiribsə, Səbuhi bu uğura 14-cü turda “Kəpəz”lə oyunda (3:0) nail olub. 


Qeyd edək ki, Rüfət və Səbuhi 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB