TOP 10

Azərbaycanın UEFA-da mövqeyi dəyişmədi

Futbol
Tarix: 2019-07-11 14:20

Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyada “Partizani” ilə qolsuz heç-heçə edən “Qarabağ” Azərbaycanın UEFA əmsalına 0,125 xal əlavə edib. Sport24.az xəbər verir ki, yeni mövsümün ilk xalı ilə ölkəmizin son 5 mövsüm üçün ümumi xalı 15,500-ə çatıb.

 

Bu göstərici ilə Azərbaycanın mövqeyi dəyişmərək Avropada 26-cıdır. Ölkəmiz 25-ci pillədə olan Qazaxıstandan 0,750 xal geri qalır. Ən yaxın izləyicimiz Polşanın isə 14,625 xalı var.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB