TOP 10

"Partizani"nin prezidenti: "Qarabağ"la matçdan yaxşı nəticəylə ayrıldıq"

Futbol
Tarix: 2019-07-11 14:57

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"la heç-heçə edən (0:0) "Partizani"nin prezidenti Qazmend Demi fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, klub rəhbəri evdəki nəticəni yaxşı hesab edir: "Gözəl oyun oldu, rəqib güclü komandadır. Şanslarımız var idi, ancaq alınmadı. Yaxşı nəticədir. Bu hesabla əmsalımızı artırırıq. Hər şey açıq qalıb".

 

Demi hesab edir ki, Tiranadakı görüşdə möhtəşəm bir şey olmadı: "Ferentsvaroş"la oyun yadınızda qalıb? Onlar burda qol vurmuşdu, biz də səfərdə. Baş məşqçimiz barədə danışmaq hələ tezdir. Ancaq problem yox idi".

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB