TOP 10

“Parma”dan daha 2 transfer

Dünya Futbolu
Tarix: 2019-07-11 13:24

İtaliyanın “Parma” klubu heyətini yeni futbolçularla gücləndirib. Sport24.az xəbər verir ki, sözügedən klub A Seriyasının digər iştirakçılarından “Napoli”nin qapıçısı Luici Sepe və “Atalanta”nın yarımmüdafiəçisi Alberto Qrassini transfer edib.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu ilə 5 illik müqavilə imzalanıb.


“Napoli”nin yetirməsi olan, Neapol təmsilçisində cəmi 2 oyuna çıxan Sepe, karyerası ərzində “Piza”, “Virtus Lansano”, “Empoli” və “Fiorentina” klublarında icarədə oynayıb. 28 yaşlı qolkiper İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt etməyib.


“Atalanta”nın yetirməsi olan “Qrassi” bu komandada 16 oyun keçirib. 24 yaşlı futbolçu karyerası bir müddət SPAL-da icarədə olduqdan sonra ötən mövsümdə də “Parma”da icarədə əsasında çıxış edib.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB