TOP 10

Millimiz xaricə yollandı: Bolqarıstan-Rusiya-Türkiyə-Braziliya turnesi

Voleybol
Tarix: 2019-07-11 13:07

Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışı keçəcək. Sport24.az xəbər verir ki, 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlaşan yığmamız artıq Bolqarıstana yola düşüb.

 

Millimiz daha sonra Rusiya və Türkiyədə də təlim-məşq toplanışında olacaq. Millimiz hazırlıq çərçivəsində Bolqarıstan və Rusiya ilə bir neçə yoxlama matçı da keçirəcək. Komandamız turniri qəbul edəcək Braziliyaya isə iyulun 24-də Türkiyədən yollanacaq.

 

Qeyd edək ki, voleybolçularımız Təsnifat Turnirində ev sahibləri ilə yanaşı, Dominikan Respublikası və Kamerunla qüvvəsini sınayacaq. Qarşılaşmalar avqustun 1-3-də olacaq.

 

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB