TOP 10

Qurban Qurbanovlu "Qarabağ"ın "alınmaz qala"sı - seriya qırılmaq bilmir

Futbol
Tarix: 2019-07-12 14:00

"Qarabağ" avrokuboklarda yeni mövsümdə start oyunlarıyla bağlı uğurlu seriyasını davam etdirib. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun komandası qitəmiqyaslı turnirlərdə artıq neçə ildi ilk matçında qol buraxmır. Bu, son olaraq Tiranada "Partizani"ylə matmda qolsuz bərabərliklə davam edib.

 

Məlumdu ki, Ağdam klubu ardıcıl 6-cı ildi Çempionlar Liqasında təmsilçimizdi. Bu müddətdə yeni mövsümə heç vaxt qol buraxmadan başlayan "Qarabağ" daha öncə Avropa Liqasında da demək olar bu seriyayla öyünə bilər. Yalnız bir halda istisna olub. O da son saniyələrdə - 90+cı dəqiqədə vurulan təsəlli qolundan gedir. Belə ki, "Qarabağ"ın 9 il əvvəl Skopye "Metallurq"uyla Tofiq Bəhramov adına Respublika stadionunda cavab matçında rəqib hücumçu Marko Simonovski qapımıza yol taparaq görüşdə son nöqtəni qoyub - 4:1.

 

"Qarabağ"ın Qurban Qurbanovun rəhbərliyi altında bundan başqa avrokubokkarda mövsümdə ilk matçında qol buraxması olmayıb. Ümumiyyətlə, bu mütəxəssislə həmişə də ilk mərhələni adlayıb. Özü də indiki kimi ilk matçda qolsuz bərabərlik qeydə alınanda, "köhlən atlar" bir qayda olaraq cütün qalibi olub. Qurbanovun "Qarabağ"dakı 11 illik baş məşqçiliyi dövründə yalnız bir dəfə avrokuboklarda iştirak etməyib ki, bu da ölkəmizin qrupda ilk dəfə "Neftçi"ylə vəsiqə qazandığı 2012/13 mövsümüdü. 

 

 

Qurban Qurbanovlu "Qarabağ"ın avrokuboklarda ilk ev matçları

 

2009/10 mövsümu

Avropa Liqası, II təsnifat mərhələsi

"Rusenborq" (Norveç) - "Qarabağ" - 0:0

 

2010/11 mövsümü

Avropa Liqası, I təsnifat mərhələsi

"Qarabağ" - "Metallurq" (Makedoniya) - 4:1

 

2011/12 mövsümü

Avropa Liqası, I təsnifat mərhələsi

"Banqa" (Litva) - "Qarabağ" - 0:4

 

2013/14 mövsümü

Avropa Liqası, I təsnifat mərhələsi

"Metallurq" (Makedoniya) - "Qarabağ" - 0:1

 

2014/15 mövsümü

Çempionlar Liqası, II təsnifat mərhələsi

"Valletta" (Malta) - "Qarabağ" - 0:1

 

 

2015/16 mövsümü

Çempionlar Liqası, II təsnifat mərhələsi

"Qarabağ" - "Rudar" (Çernoqoriya) - 0:0

 

2016/17 mövsümü

Çempionlar Liqası, II təsnifat mərhələsi

"Qarabağ" - "Düdelanj" (Lüksemburq) - 2:0

 

2017/18 mövsümü

Çempionlar Liqası, II təsnifat mərhələsi

"Qarabağ" - "Samtredia" (Gürcüstan)  - 5:0

 

2018/19 mövsümü

Çempionlar Liqası, I təsnifat mərhələsi

"Olimpiya" (Sloveniya) - "Qarabağ" - 0:1

 

2019/20 mövsümü

Çempionlar Liqası, I təsnifat mərhələsi

"Partizani" (Albaniya) - "Qarabağ" - 0:0

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB