TOP 10

Hacıyevlə Bordin kimlərə güvənəcəklər?

Futbol
Tarix: 2019-07-11 15:16

Bu gün Azərbaycan klubları üçün də Avropa Liqası start götürür. Ölkəmiz I təsnifat mərhələsində "Neftçi" və "Səbail"lə təmsil olunacaq. Paytaxt komandalarımızda ilk dəqiqələrdən kimləri görə bilərik? Sport24.az öz versiyasını təqdim edir.

 

Başlayaq ilk olaraq meydana çıxacaq "Səbail"dən. Rumıniyanın "Universitatya Krayova" klubunu saat 20:00-da "ASKO Arena"da qəbul edəcək "dənizçilər"də qapını Daniel Bojinovskinin qoruyacağına şübhə yoxdu. Müdafiənin mərkəzində Elvin Yunuszadəylə digər yeni transfer Eriko da Silvanın tandem təşkil edəcək. Müdfaiənin sol cinahının millimizin də üzvü olan Şəhriyar Rəhimova tapşırılacağı birmənalıdı. Müdafiənin sağ cinahında isə avrokuboklar təcrübəsi böyük olan yeni transfer Ürfan Abbasovun yer alacağ gözlənilir. Düzdür, həmin cinahda əsas kapitan Eltun Yaqublu çıxış etsə də, ötən mövsümü zədə üzündən buraxdığını nəzərə almalıyıq. 

 

Müdafiənin mərkəzindəki üçlüyün Rahid Əmirquliyev-Dilan Duventru-Yevgeni Koçukdan ibarət olacağı gözləniləndi. Eltunun əsas heyətdən kənarda qalacağı halda kapitanlıq sarğısı ötən mövsümü bu funksiyanı yerinə yetirmiş Rahiddə olacaq. Maykl Essyenin nə qədər böyük avrokuboklar təcrübəsi olsa da, hələ tam hazır olmadığından sonradan döyüşə atılacağı gözlənilir. Yarımmüdafiənin sol və sağ cinahları müvafiq olaraq Ağabala Ramazanovla Bilal Həmdiyə tapşırılacaq. İrəlidə tək hücumçu isə "Neftçi"dən 1 illiyə icarəyə götürülən Mirabdulla Abbasov olacaq. 

 

Beləliklə, “Səbail" ilk 11-liyini bu formada görürük:

 

Qapıçı: Daniel Bojinovski; 

 

Müdafiəçilər: Şəhriyar Rəhimov, Eriko da Silva, Elvin Yunuszadə, Ürfan Abbasov;

 

Yarımmüdafiəçilər: Ağabala Ramazanov, Rahid Əmirquliyev, Dilan Duventru, Yevgeni Koçuk, Bilal Həmdi;

 

Hücumçu: Mirabdulla Abbasov. 

 

Bakı vaxtilə saat 21:00-da Kişinyovda "Sperantsa" qarşısına çıxacaq "Neftçi"də də qapıda kimin yer alacağı indidən heç kimdə şübhə doğurmur. Bu, artıq millimizin də "1 nömrə"si olan Səlahət Ağayevdi.

 

Müdafiənin mərkəzində yeni sima Vojislav Stankoviç olsa da, onun ilk dəqiqələrdən mübarizəyə başlayacağını əminliklə söyləyə bilərik. Serbiyalıyla ukraynalı Kiril Petrovun tandem təşkil edəcəyini dyeə bilərik. Düzdür, qış fasiləsində ən uğurlu transferlərdən olan Mamadu Mbodj da var. Ancaq seneqallı müdafiəçi nə qədər bombardirlik keyfiyyətli olsa da, səhvləri də az olmayıb. Üstəlik, həmkarları ilə müqayisədə bir qədər ləngdi. Petrovun isə oyunöncəsi mətbuat konfransıan gətirilməsi start heyətində yer alacağına bir işarədi. Müdfaiənin sağ cinahında Ömər Buludovun yer alacağı dəqiqdirsə, sol cinaha 2 namizəd var var - Anton Krivotsyukla Tural Axundov var. Vaxtilə elə Kişinyovda uğurlu avrokubok matçımızda 90 dəqiqə oynamış Turalın ilk dəqiqələrdən meydanda olmasını daha şanslı görürük.

 

Soni Mustivar zədələndiyindən müdafiəyəmeylli yarımmüdafiəçi mövqeyinə yeganə namizəd Mamadu Kanedi. Ona yarımmüdafiənin mərkəzində Ruslan Abışovun gedişindən sonra artıq əsas kapitan olan Emin Mahmudov yardım edəcək. Vangelas Platellas isə oyun qurucusu funksiyasını yerinə yetirəcək. Yarımmüdafiənin cinahları yay transferləri Stiven Monrozla Dario Federikoya tapşırılacaq. Hücumda isə zədəli Baqali Dabonun yoxluğunda daha bir yeni transfer - Rauf Əliyev yer alacaq. Düzdür, Namiq Ələsgorvla Rəhman Hacıyevin də əsas heyətdə yer alması istisna olunmur. Bordin Kaneylə Əliyevi start heyətindən kənarda qoymağa qərar versə, Hacıyev yarımmüdafiənin mərkəzində olacaq, Ələsgərov isə hücuma çəkilən Monrozu yarımmüdafiənin sol cinahında əvəzləyəcək.  

 

Beləliklə, “Neftçi"nin ilk 11-liyini bu formada görürük:

 

Qapıçı: Səlahət Ağayev;

 

Müdafiəçilər: Tural Axundov, Voislav Stankoviç, Kiril Petrov, Ömər Buludov;

 

Yarımmüdafiəçilər: Stiven Monroz, Mamadu Kane, Emin Mahmudov, Vangelas Platellas, Dario Federiko;

 

Hücumçu: Rauf Əliyev. 

17 Noyabr 2019
16 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB