TOP 10

Tarixi qələbəni qazandığımız tarix

Futbol
Tarix: 2019-07-11 16:11

Azərbaycan klubları avrokuboklarda 7-ci dəfə bugünkü gündə matç keçirəcək. Sport24.az xəbər verir ki, 11 iyul 2000-ci illərdə bizə düşərsiz idisə, sonradan əksi olur. 

 

İlk dəfə Ağasəlim Mircavadovlu "Şəmkir" 2001-ci ildə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsinin ilk matçında Uelsdə "Barri Taun"a 0:2 hesabıyla uduzub. Bundan 5 il sonra həmin turnirin həmin mərhələsində Böyükağa Hacıyevli "Bakı" səfərdə həmin hesablı məğlubiyyət alır - Gürcüstanda "Sioni"yə 0:2. 

 

11 iyul tarixi 2013-cü ildə Avropa Liqasının I təsnifat mərhələsində 2 qarşılaşma keçirdiyimiz gün olur. Bu dəfə artıq cavab matçları idi. Qurban Qurbanovlu "Qarabağ" Makedoniyanın "Metallurq" klubunu Tofiq Bəhramov adına Respublika stadionunda Leroy Corsun 85-ci dəqiqədə vurduğu qolla 1:0 hesabıyla üstələyərək mərhələ adlayır. Kaxaber Tsxadadzeli "İnter" isə Finlandiyada "Mariehaym"ı 2:0 hesabıyla qalib gələrək cütün qalibi olur. Təmsilçimizdən Baçana Tsxadadze 21-ci dəqiqədə penaltidən hesabı açır, Vaqif Cavadov isə 86-cı dəqiqədə qələbəni rəsmiləşdirir. 

 

Nəhayət, 2017-ci ilin iyulun 11-də tarixə düşən qələbəmiz olur. "Qarabağ" ÇL-də həmin mövsümdə darmadağınla başlayır - "Samtredia" üzərində 5:0 hesablı qələbə. Respublika stadionundakı görüşdə Əfran İsmayılov 10-cu dəqiqədə penaltidən hesabı açır. Dino Ndlovu hələ fasiəyədək 9 dəqiqəyə (37-ci dəqiqədə penaltiylə və 45+1-ci dəqiqədə) dubl edir. Donald Gerye "Qarabağ"da debütünü 83-cü dəqiqədə qolla qeyd edir. Nəhayət, son nöqtəni 90+2-ci dəqiqədə Miçel Madera qoyur. Bu, klublarımızın 1994-cü ildən çıxış etdiyi avrokuboklarda evdə ən böyükhesablı qələbəsidi. 

 

Qeyd edək ki, bu gün Avropa Liqasında yeni mövsümə "Səbail" Rumlniyanın "Universitatya Krayova" klubuyla ev, "Neftçi"nin Moldova "Sperantsa"sıyla səfər matçıyla açırıq. 

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB