TOP 10

"Neftçi"dən Rumıniya klubuna

Futbol
Tarix: 2019-07-11 11:29

"Neftçi"nin mövsüm bitən kimi yollarını ayırdığı moldovalı legioneri Petru Raku karyerasını Rumıniyada davam etdirəcək. Sport24.az xəbər verir ki, 31 yaşlı müdafiəçi "Petrolul" klubuna keçib. Ploeşt təmsilçisi Petruyla 1 illik müqavilə imzalayıb. 

 

İkinci liqada çıxış edən bu komandanı Rakunun həmyerlisi Flavius Stoykan çalışdırır. O, yaxın keçmişdə "Zimbru"nun baş məşqçisi olub. "Petrolul" ötən mövsümü 4-cü pillədə bitirib. 


Xatırladaq ki, "Neftçi"nin baş məşqçisi Roberto Bordin "Şerif"də rəhbərliyi altında oynamış Petrunu qış fasiləsində yanına gətirərək ona cəmi 2 matçda ona şans verdi və mayda başa çatan müqavilə uzadılmadı. 

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB