TOP 10

Fransa klubu Balotellidən imtina etdi

Dünya Futbolu
Tarix: 2019-07-11 11:21

Fransanın “Olimpik” (Marsel) klubu Mario Balotelli ilə yeni müqavilə bağlamaqdan imtina edib. Sport24.az xəbər verir ki, bunu Liqa 1 klubunun rəhbəri Jak-Anri Eyro deyib.


O bildirib ki, İtaliya millisinin hücumçusunun müqavilə müddəti iyulun 1-də rəsmən başa çatıb və klub ona yeni sözləşmə təklif etməyəcək. Bu isə o deməkdi ki, artıq azad agent statusu alan Balotelli hazırda klubsuzdu.


Balotelli Marsel təmsilçisinə bu ilin yanvarında "Nitsa"dan keçmişdi.

24 Sentyabr 2019
23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB