TOP 10

“Səbail” rumınlara uduzdu

Futbol
Tarix: 2019-07-11 21:52

Futbol üzrə Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir. Sport24.az xəbər verir ki, ilk dəfə Azərbaycanı bu turnirdə təmsil etmək hüququ qazanan “Səbail” də bu gün debüt matçına çıxıb.


Paytaxt klubu Rumıniya təmsilçisi “Universitatya Krayova"ya qarşı ilk oyununu doğma meydanda keçirib. Cavab qarşılaşması səfərdə olacağından, Aftandil Hacıyevin yetirmələri ev oyunundan sərfəli nəticə ilə ayrılmağa məcbur idi. Amma beş qolun qeydə alındığı qarşılaşmada Azərbaycan təmsilçisi məğlubiyyətlə üzləşib.


"Səbail" Rumıniya təmsilçisi ilə dueldən qalib ayrılsa, "Honved" (Budapeşt, Macarıstan) - "Jalgiris" (Vilnüs, Litva) cütünün qalibi ilə qarşılaşacaq.


Avropa Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu

11 iyul


Səbail – Universitatya Krayova 2:3
Qol: A.Ramazanov, 33; 82 - A.Mateyu, 13. N.Banku, 51. M.Roman, 68.
Hakimlər: Fyodor Zammit, Dankan Sultana, Teodore Zammit, Mario Apap (Hamısı Malta)
Bakı. "ASCO Arena".


Səbail: 12. Daniel Bojinovski, 6. Maykl Essyen, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Ürfan Abbasov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 5. Vüqar Bəybalayev, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Dilan Duventru
Baş məşqçi: Aftandil Hacıyev.
Universitatya Krayova: 13. Mirko Pilyatselli, 5. Boqdan Veteyelu, 6. Renato Keliç, 7. Mihay Roman, 8. Aleksandru Mateyu, 11. Nikuşor Banku (k), 14. Kamer Qaka, 21. Antoni İvanov, 22. Kristian Barbut, 26. Stefan Akka, 27. İvan Martiç.
Ehtiyat oyunçullar: 1. Laurentiu Popesku, 2. Tyaqo Ferreyra, 4. Florin Borta, 9. Fortes Dos Santos, 17. Stefan Bayaram, 23. Vasile Konstantin, 31. Aleksandru İonita.
Baş məşqçi: Korneliu Papure.

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB