TOP 10

“Qəbələ” “Vorskla”ya məğlub oldu

Futbol
Tarix: 2019-07-11 13:47

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, “qırmızı-qaralar” Bolu hazırlığının 8-ci günündə ikinci sınağına çıxıb. 


Komanda bu dəfə Ukraynanın digər təmsilçisi “Vorskla” ilə görüşüb. İyulun 7-də bu ölkənin digər təmsilçisi “Mariupol”a 2:1 hesabı ilə qalib gələn Sənan Qurbanovun yetirmələri gücünü Poltava klubu ilə matçda da sınayıb. “Koru” otelinin meydançasındakı görüşdə hesabı "Qəbələ" açıb. Amma qalan dəqiqələrdə 3 qol vuran Ukrayna təmsilçisi meydanı əzmkar qələbəylə tərk edib.


Yoxlama oyunu
11 iyul


Qəbələ - Vorskla 1:3
Qol: Ülvi İsgəndərli, 41.
Bolu. “Koru” otelinin meydançası.


Qəbələ: Anar Nəzirov, Amin Seydiyev, Sadiq Quliyev, Yusif Nəbiyev, Qismət Alıyev, Kamal Mirzəyev, Merab Qiqauri, Fernan Lopez, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərli.

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB